Dövlət başçısı sərəncam imzalayıb
Prezident İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.
AYNA xəbər verir ki, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif olunub.
Nailə Məmmədəli qızı Vəlixanlı isə ölkədə elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.
Mükafatlandırılanlar arasında Xalq artisti Mənsum İbrahimov da var. O, Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.