Üç nəfər narkotiklə tutulub

Xəbərlər

27.03.2023 - 12:11

Hər 3 şəxs barəsində cinayəti işi başlanıb

Samuxda sakinlərində narkotik aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli  Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov  saxlanılıb.

Şübhəli şəxslərin üzərilərinə baxış keçirilən zaman onlardan metamfetamin aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb, araşdırmalar davam etdirilir

Müəllif: Ayna.az