İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İdman

11.12.2020 - 22:50

“The Best” mükafatı dekabrın 17-də təqdim olunacaq

 

FİFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib. AYNA xəbər verir ki, bu ada İtaliya “Yuventus”undan Kristiano Ronaldo, Almaniya “Bavariya”sından Robert Levandovski və İspaniya “Barselona”sından Lionel Messi iddia edir.

 

Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında Alisson Bekker (“Liverpul”, İngiltərə), Manuel Noyer (“Bavariya”, Almaniya) və Yan Oblak (“Atletiko”, İspaniya) yer alıb.

 

Qeyd edək ki, “The Best” mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Müəllif: Ayna.az