Suriyada əməliyyatlar davam edir
Türkiyənin İraq və Suriyada əməliyyatlara davam etdiyi “Pəncə-3” və “Sülh çeşməsi hərəkatı” bölgəsində iki əsgəri şəhid olub.
AYNA-nın “Haberler”ə istinadən məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, minaatanlardan açılan atəş nəticəsində daha bir hərbçi isə yaralanıb. O dərhal bölgə xəstəxanasına çatdırılıb.
Nazirlik şəhidlərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.