Türkiyəli və qazaxıstanlı nazirlər Bakıda toplaşacaqlar

Xəbərlər

26.06.2022 - 11:31

Görüşdə üçtərəfli və regional əməkdaşlıq müzakirə ediləcək

İyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

Görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.

Müəllif: Ayna.az