Türkiyəli aktyorların da yer aldığı "Qış nağılı" təqdim olunub

Mədəniyyət

03.12.2019 - 21:23

Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”

 

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında Yeni il filmi – “Qış nağılı”nın qala gecəsi keçirilib.

 

AYNA xəbər verir ki, fərqli formatda baş tutan qala gecəsində səhnəyə çox sayda məşhur simalar, rəqqaslar, musiqili Santa Klauslar çıxıb. Yeni il yolkası ilə bəzədilmiş sarayda aktyorların paradı, sirk ustalarının oyunları və işıq şousu nümayiş olunub.

 

Seans öncəsi və sonrası əsl bayram axşamını xatırladıb. İzləyicilər filmin ab-havasından özlərini həqiqətən də nağıllardakı kimi hiss etdiklərini gizlədə bilməyiblər, filmin komik səhnələrində zalı gülüşlərə qərq edib, yaradıcı heyəti durmadan alqışlayıblar. Bir sözlə, əsl “Qış nağılı” yaşanıb.

 

“Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir – “Qış nağılı: Biri vardı, biri yox” və “Qış nağılı: Göydən üç alma düşdü”.  Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.

 

Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

 

Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

 

Qeyd edək ki, filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir. Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir. Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

 

Filmin əsas musiqilərini Xalq artistləri -  Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

Müəllif: Ayna.az