Yeni serial gəlir

Mədəniyyət

19.02.2020 - 12:14

“Aldanmış hisslər” ekranlara çıxacaq

 

Azərbaycan televiziya məkanında yeni serial işıq üzü görəcək. AYNA xəbər verir ki, “Aldanmış hisslər” adlı bu serial real həyatda baş vermiş hadisələr əsasında lentə alınıb.

 

Dram, triller janrında olan serialda imkanlı bir ailənin gəlininin başına gələnlərdən söhbət açılır. O, ərinə xəyanət etməkdə ittiham edilir.

 

Serial, həmçinin aktyor və aktrisa heyətinə görə də digər seriallardan fərqlənir. Əsas obrazlarını Sərdar Rüstəm, Gülşən Hüseynli, Kazım Abdullayev, Fərqanə Quliyeva, Tariyel Qasımov, Əjdər Zeynalov, Zülfiyyə Eldarqızı, Rəşat Kəsəmənli, Aysel Nazim, Nurəddin Mehdixanlı, Arif Quliyev, Sabir Məmmədov, Esmira Azayeva, Məhəmməd Mübariz, Samirə Cavanşirin canlandırdığı teleserialda, digər tanınmış aktyorlar da yer alıb.

 

Serialın layihə rəhbəri və quruluşcu rejissoru Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadə, icraçı direktoru Sərxan Mustafayev, prodüseri isə Səbinə Rəcəblidir.

 

Serial 22 fevral saat 00:20-dən etibarən ATV telekanalında yayımlanmağa başlayacaq.

Müəllif: Ayna.az