Elçin Əfəndiyev dəfn olunub

Mədəniyyət

04.08.2025 - 14:29

Xalq yazıçısı I Fəxri Xiyabanda torpağa tapşırılıb

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib. AYNA.AZ xəbər verir ki, mərasimdə mərhumun yaxınları, mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimindən sonra Xalq yazıçısı I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, E.Əfəndiyev dünən səhər saatlarında 82 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş