Türkiyədə silahlı insident olub, ölən və yaralananlar var

Dünya

28.06.2025 - 09:16

cedabet dərman SEO Xidməti

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb

Türkiyənin Adana şəhərində ölüm və xəsarətlə nəticələnən silahlı insident olub. AYNA.AZ-ın xəbərinə görə, hadisə Seyhan rayonunun Barış məhəlləsində baş verib.

Bir qrup şəxs arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib. İnsident zamanı Həsən Karaaslan adlı şəxs tapançadan açılan atəşlə boynundan və başından, daha 4 nəfər isə ayağından güllə yaraları alıb.

Davada iştirak edənlərdən bəziləri hadisə yerindən qaçıb. Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb, yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, vəziyyəti ağır olan və reanimasiya şöbəsinə yerləşdirilən H.Karaaslanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş