Bəyanatda silahlı hücum nəticəsində 10 nəfərin həyatını itirməsi ilə bağlı Türkiyə dövlətinin başsağlığı öz əksini tapıb
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da Nyu-Yorkun Buffalo bölgəsində baş verən silahlı hücumla əlaqədar bəyanat yayıb. AYNA yerli bürosu Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda silahlı hücum nəticəsində 10 nəfərin həyatını itirməsi ilə bağlı Türkiyə dövlətinin başsağlığı öz əksini tapıb: "Silahlı terror hücumu zamanı ölənlərə rəhmət, yaralılara isə şəfa diləyirik. Terrorun hər bir formasını qəbuledilməz hesab edirik".