Türkiyə Qəzzada atəşkəsə nail olmaq üçün “diplomatik hücuma” başlayır

Xəbərlər

14.11.2023 - 16:06

Ərdoğan və Hakan Fidan məqsədə çatmaq üçün “telefon diplomatiyası”nı sürətləndirəcəklər

Türkiyə atəşkəsə nail olmaq və Qəzza zolağında vəziyyətin nizamlanması üçün danışıqlar aparmaq üçün “diplomatik hücuma” başlayır. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan bu məqsədə çatmaq üçün “telefon diplomatiyası”nı sürətləndirəcəklər.

Qeyd edir ki, Türkiyə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə İsrail işğalına son qoymaq və davamlı sülhün bərqərar olması üçün liderlərlə danışıqlar aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş