Türkiyə Prezidenti Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Siyasət

06.08.2022 - 16:49

Ərdoğan: "Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq"

Türkiyə Prezidenti Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbuledilməz hesab etdiyini bildirib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

“Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az