"Türk dövlətlərinin ortaq media platformasına ehtiyac var"

Siyasət

12.04.2021 - 20:41

Həkimlər Klinikalar SEO Xidməti

Mübariz Göyüşlü: "Bir neçə dövlətin birləşmiş şəkildə media qurumlarının çatdıracağı informasiyanın auditoriyası da daha geniş olacaq"

 

Aprel ayının 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.
 
Prosesləri izləyən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü toplantı haqda təəssüratlarını AYNA-ya danışıb. 
 
Jurnalist toplantıda türk dövlətləri arasında media əməkdaşlığının genişləndirilməsi istiqamətində göstərilən təşəbbüsə tərəfdar olduğunu ifadə edib: “Türk Şurasına daxil olan dövlətlərin media siyasətinə cavabdeh, məsul şəxslərin toplantısı keçirilib. Bu toplantıda türk dövlətləri arasında media əməkdaşlığının genişləndirilməsi, əməkdaşlıq platformasının qurulması müzakirə olundu. Mən bu toplantını, təşəbbüsləri alqışlayıram. Çünki bu çalışmalar türk dövlətlərinin media sahəsində çox önəmli bir platformada birlik əldə etməsi ilə nəticələnəcəyinə ümid edirəm. Bu məsələdə də birliyin əldə edilməsinə çox böyük ehtiyac var. Hazırkı dünyamızda internet üzərindən təbliğat çox önəmlidir. Biz bunu ötən ilki Vətən savaşında da gördük. Türk dövlətlərinin – daha çox Türkiyənin informasiya dəstəyinə şahidlik etdik. Qəzetlərinin, saytlarının, televiziya kanallarının dəstəyi bizə haqq səsimizi dünyaya çatdırmaqda çox kömək etdi. Artıq dünyada şərait belədir ki, bir tək Türkiyə və Azərbaycanla bu iş olmur. Digər türk ölkələrinin, həmçinin Macarıstanın (Macarıstan Türk Şurasının müşahidəçi üzvü olduğuna görə türk dövləti sayılmasa da aktiv iştirak etdiyi üçün önəmlidir) da bu prosesə cəlb olunması lazımdır”. 
 
“Mən prosesi çox diqqətlə izlədim, bu toplantıdan sonra bir ortaq media əlaqələndirmə mərkəzinin, media koordinasiya şurasının, media komitəsinin yaradılması ilə bağlı səsləndirilən fikirləri də dəstəkləyirəm. Hesab edirəm ki, bunun zamanı çatıbdır. Belə bir ortaq türk dövlətlərinin media qurumlarını əlaqələndirə bilən ortaq təşkilata ehtiyac var. Türk konseyi, türk şurası nəzdində olması çox önəmlidir. Biz bunun vasitəsi ilə qarşılıqlı olaraq media qurumlarımızın əməkdaşlığını, təcrübə mübadiləsini birgə ortaq informasiya yayım fəaliyyətini, ilk mənbədən informasiya almaq problemlərimizi kimi və s. məsələləri həll edə bilərik”, - deyə Göyüşlü əlavə edib. 
 
Jurnalist hesab edir ki, türk ölkələrinin media qurumlarını əlaqələndirəcək bir təşkilat yaradılarsa, bu, gələcəkdə türk ölkələrinin təbliğat imkanlarını daha da genişləndirmiş olacaq: “Bir neçə dövlətin birləşmiş şəkildə media qurumlarının çatdıracağı informasiyanın auditoriyası da daha geniş olacaq. Təsəvvür edin ki, Azərbaycan haqda ilkin mənbədən alınmış məlumatı Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan öz resursları vasitəsi öz və müxtəlif dillərdə yayırlar. Bu bizə imkan verir ki, təbliğatın miqyasının nə qədər geniş aparıldığının əyani şəkildə tanış olmuş oluruq.  Bu mənada mən bu toplantını, fəaliyyətini dəstəkləyirəm. Türk ölkələrinin media qurumlarını əlaqələndirəcək bir təşkilata ehtiyac olduğunu təsdiqləyirəm. Gələcəkdə belə bir qurum yaradılarsa, türk ölkələrinin təbliğat imkanları daha da genişlənmiş olar”.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş