““Əsrin müqaviləsi” imzalanandan sonra müharibənin qarşısı alınmalı və Azərbaycan itirdiyi torpaqlarına sahib olmalı idi, amma bu, baş vermədi”
Cari il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam oldu. “Əsrin müqaviləsi”ndən əvvəl isə daha bir mühüm saziş əldə olunmuşdu - “Bişkek protokolu”. Protokola görə, Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəs əldə olunmalı, işğal olunmuş torpaqlar isə geri qaytarılmalı idi.
Mövzunu AYNA-ya şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı “Əsrin müqaviləsi”nin Azərbaycan üçün mühüm hadisə olduğunu deyib: ““Əsrin müqaviləsi” Azərbaycanın neft və qaz resurslarının dünya bazarına çıxarılması baxımından vacib addım idi. O vaxta qədər Azərbaycan büdcəsinin, iqtisadiyyatının hansı vəziyyətdə olması məlum məsələ idi. Bu müqavilə dünyanın diqqətinin Azərbaycana yönəldilməsi baxımından çox əhəmiyyətli oldu”.
Mərahim Nəsib