Tramp: "Yaxın Şərqin "İbrahim razılaşmaları"na qoşulması vacibdir"

Dünya

07.08.2025 - 18:41

"Bu, Yaxın Şərqdə sülhü təmin edəcək"

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə olan bütün ölkələrin “İbrahim razılaşmaları”na qoşulmasının vacib olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb

“İndi İran tərəfindən yaradılan nüvə arsenalı tamamilə məhv edilib. Mənim üçün bütün Yaxın Şərq ölkələrinin "İbrahim razılaşmaları"na qoşulması çox vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək”, - ABŞ lideri qeyd edib.

Qeyd edək ki, “İbrahim razılaşmaları” İsrail və bir neçə Körfəz ölkələri arasında imzalanan sülh müqaviləsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş