Tramp: “Qəzzanın işğalı ilə bağlı İsrail hökuməti qərar verməlidir”

Dünya

06.08.2025 - 12:59

“İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına kömək edəcək”

“Qəzza zolağının mümkün ələ keçirilməsi yalnız İsrail hökumətinin qərarından asılıdır”. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Vaşinqtonda jurnalistlərin Qəzzanın işğalının mümkünlüyü ilə bağlı sualını cavablandıran Tramp buna yəhudi dövlətinin hökuməti tərəfindən qərar verilməli olduğunu vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, hazırda “diqqətini qidaya ehtiyacı olan fələstinliləri ərzaqla təmin etmək üzərində cəmləyib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına kömək edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş