Toxunan yanar: nədən virusla bağlı sual verənlər susdurulur?!

Aktual

29.08.2021 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

bu mövzuda danışanların ağzını qapatmaq lazım deyil, əksinə, suallar daha sərt və kəskin olmalıdır ki, cavablar da aydın olsun

 

Bir neçə yazıda virusla bağlı bu ilin avqust ayı ilə keçən ilin avqustunu müqayisə etmişdim, bəzi insanlar müqayisəni qüsurlu saydılar. Dedilər ki, gün-günə, ay-aya yox, yoluxma dalğalarına görə müqayisə etmək lazımdır. Mən də elə dalğalara görə müqayisə edəcəm.

 

Ölkədə rəsmi qeydə alınmış ən yüksək yoluxma halı 13 dekabr 2020-ci ildə olub: Həmin gün 15059 test götürülüb, 4551 nəfərin yoluxduğu təsbit edilib, 39 nəfər isə bu mərəzə görə həyatını itirib. Həmin günə ölkədə vaksin vurulan insan sayı 0-a bərabər idi. Yoluxub-sağalaraq immunitet qazananların sayı isə 112 min nəfər idi.

 

Dünən, 28 avqust 2021-ci ilin rəsmi rəqəmləri: 18871 test götürülüb, 4241 nəfər yeni yoluxma halı qeydə alınıb, həyatı itirən insanlarımızın sayı isə 41 nəfər olub. Bu günə qədər yoluxmadan sağalan vətəndaş sayı 358 min nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir. Tutalım, vaksin vurulması qeydiyyata düşənlərin 10%-i saxtadır (məncə, artıq olması mümkün deyil), yoluxub sağalan və hər iki doz vaksin alanların sayı (saxta pasportları çıxsaq) yenə də 2 mln. 500 min nəfər civarındadır. Ölkə əhalisini 10 mln. götürsək (halbuki, 8 mln. real yaşayan olar ölkədə), bunun 25%-i imunitet qazanıb, bundan əlavə isə 15%-nə ilk doz vurulub, ikincini gözləyənlərdir.

 

Mən özüm də 2 ay öncə vaksin alanda düşünürdüm ki, bəli, vaksin məni yoluxmadan qorumaya bilər, amma xəstəliyi ağır keçirməyə bilərəm. Ən azı məni ölümdən qoruyacaq – amma məlum olur ki, ağır xəstə sayı da, ölümlər də artır.

 

Bu anda indi bir neçə nəfər peyda olub yazacaqlar ki, vaksin “Alfa” ştammına görə hazırlanmışdı, indi yayılan isə “Delta” ştammıdır. Xub, axı virusun mutasiyası davam edirsə, deməli biz geriyə, “Alfa” şrammına dönməyəcəyik, elə deyilmi?! Bəs bu gün vaksinlər “Delta” ştammı ilə bağlı yaxşı nəticə vermirsə, nədən israrla vaksinləşmə davam etdirilir?! Yaxşı, sabah yunan əlifbasında növbəti hərfin şərəfinə adlandırılan ştamm çıxsa və bu mutasiya vaksindən tamam yan keçməyi “öyrənmiş” variant olsa, o zaman bu gün “Alfa” ştammına görə dünyanı niyə kütləvi vaksinləşdirirlər?!

 

Bu anda başqa bir qrup yeni növ cərəyanın – “COVID-faşizmin” nümayəndələri, hansılar ki, bu mövzuda sual verənlərin ağızlarını yumurlar, qəsdən “komple teoresi” deyib aşağılayırlar, çıxıb deyəcəklər ki, vaksindən başqa yol yoxdur. Amma sən onlarla ELMİ (məhz ELMİ) məqalələrə istinad edərək cavab verəsən ki, axı vaksinlərin dayanıqlığı azalır, bəlkə elə erkən və kütləvi vaksinləşmə mutasiyaların artmasına səbəb olur (bunu sübut edən ELMİ məqalələr son zamanlar artıb), axı indiki vaksin nə qorumaqda, nə virusu yüngül keçirməkdə, nə də ölüm hallarını azaltmaqda ciddi irəliləyiş əldə etməyə imkan vermədiyi artıq rəqəmlərlə sübut olunur!

 

Kiçik haşiyə - Seyşel Adaları: 2020-ci ilin payız dalğası zamanı 100 min əhalisi olan Seyşel Adalarından oktyabr 2020-dən, dekabrın sonu 2020-yə qədər gündəlik yoluxma halı 2-3 nəfər civarında idi – oktyabrın 1-ə 143 yoluxmuş insan var idi, dekabrın 31-ə 217 nəfərə çatmışdı, deməli 3 aya dünyada və Azərbaycanda virusun kəskin yayıldığı dövrdə cəmi 74 yoluxma halı qeydə alınmışdı. Yanvarın 3-ü 2021-ci ildən Seyşel adalarında kütləvi vaksinasiyaya start verildi, 2021-ci ilin avqust ayının 15-nə yaşı 18-dən yuxarı olan əhalinin tamamına yaxını vaksin aldı, ümumi əhalinin 73%-i tam vaksinləşdirildi. 2021-ci il iyun ayının 1-ə əhalinin 60%-ə yaxını artıq hər iki doz vaksin almışdı. Həmin günə - yəni 1 iyun 2021-ci ilə ölkədə yoluxmuş insan sayı 11145, ölüm sayı cəmi 40 nəfər idi.

 

Bir daha xatırladım: Yanvar 2021-ci ildə, vaksinləşmə başlayana qədər ölkədə yoluxma halı cəmi 217 nəfər idi, deməli vaksinləşmə başlayandan 6 ay ərzində yoluxma halı 11145 nəfərə çatmışdı. 27 avqust 2021-ci ildə ölkədə ümumi yoluxma sayı artıq 19777 nəfər, ölənlərin sayı isə 104 nəfər olub. Yəni, iyun ayında 60%, avqustun ortasında artıq 73% olan vaksinləşmə səviyyəsinə baxmayaraq son 3 ayda yoluxma halı 8632 nəfər, ölüm sayı isə 64 nəfər artıb. Və ən vacib məqam: 70%-dən yüksək vaksinləşmə səviyyəsi Seyşel Adalarında kütləvi imunitet yaratmayıb!

 

Suallar:

 

1) Vaksinləşmə kütləvi imunitet yaradırmı?

 

2) Kütləvi vaksinləşmə virusun daha aqressiv mutasiyasına, yeni ştammların yaranmasına səbəb olurmu?

 

3) Əgər səbəb olursa və “Alfa” ştammına qarşı yaradılan vaksinin yeni mutasiyalarla bağlı ciddi effekti yoxdursa, o zaman nədən israrla dünyada ilk ştamma qarşı yaradılmış vaksin hamıya yeridilir?

 

4) Kütləvi vaksinasiya nəticəsində virusun yeni, daha aqressiv, vaksinlərdən tam yan keçə biləcək mutasiyası yaranacaqsa, o zaman dünya yenə hər şeyi silbaşdan başlamağa məcburmu qalacaq?

 

5) Bəlkə çıxış yolu virusa münasibəti dəyişməkdən, xəstəliyi adiləşdirib ancaq risk qruplarını keyfiyyətli müalicə eməkdən keçir?

 

6) Vaksinlərin insan orqanizminə orta və uzun müddətdə ziyan olub-olmadığını kim və necə müəyyən edib, belə araşdırmalar nədən yayılmır?

 

İnsanlıq tarixinin inkişafı suallara borcludur, insan övladı sorğulayan, sual verən, cavab axtaran olub və bəşəriyyətin inkişafı məhz sorğulamaqla mümkün olub. Ona görə də, bu mövzuda danışanların ağzını qapatmaq lazım deyil, əksinə, suallar daha sərt və kəskin olmalıdır ki, cavablar da aydın olsun. İnsan haqq və azadlıqlarına “COVID təhlükəsi” var, buna yol vermək olmaz.

 

Fransa xalqı artıq 5 həftədir ki, küçələrdədir, etiraz edir, sorğulayır, amma dünyanın “mainstream” mediası bu etirazları da görməzdən gəlir, necə ki, Britaniyada 1 mln.-a yaxın insanın virusla bağlı suallar dolu etiraz aksiyalarını da dünya mediası görməzdən gəldi. İnsan həyatının xilasını bahanə edərək haqq və azadlıqlarımızı məhdudlaşdırmaqla həyatımızı qısaltmağa yol verməməliyik!

 

Mən məsuliyyətli insanam, ən azından belə olmağa çalışıram. Bilmədiyim, sualların olduğu mövzuda heç vaxt çağırışlar etmərəm. Mən vaksinə qarşı deyiləm, nə də “vaksinləşin” deyən siyasətçilərdən də olmaram. Siyasətçi məsuliyyətli olmalı, bildiyi məsələlərdən danışmağa çalışmalıdır. Vaksin könüllü olmalı, hər kəsin öz seçiminə buraxılmalıdır, məcburi vaksinləşmə insan hüquqlarının pozulmasıdır, COVID pasportu olanlara ayrıcılıq tanınması, üstünlük verilməsi də haqqların tapdanmasıdır – bu mənim insani baxış acımdır. Qalan məsələlərdə mütəxəssislərə inanın, onlara güvənin, amma suallar verməyi də unutmayın...

 

P.S. İnternetdə Trampın, Bolsonaronun, İsrail nazirlərinin şəxsi həkimi olmuş, onları yoluxmadan sonra müalicə etmiş, Nyu-Yorkda yaşayan alim, həkim Zelenkonun video çıxışları var. Lütfən, tapıb izləyin. Onun COVID qarşı hazırladığı “Zelenko Protokolu” dünyada minlərlə insanı müalicə edib, xilas edib...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert