Tovuzda 75 yaşlı kişi minaya düşüb

Xəbərlər

27.05.2023 - 10:54

Prokurorluq Tovuzda mina partlaması barədə məlumat yayıb

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Prokurorluqdan AYNA-ya bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az