“Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – FOTOLENT

Maraqlı

03.03.2024 - 17:28

Xalq sənətkarı: “Yüzdən artıq əsanı pulsuz-parasız hədiyyə etmişəm”

Eyvaz Abbasov İsmayıllı rayonunun Lahıc qəsəbəsində yaşayır. O, taxta məmulatlarından müxtəlif məişət əşyaları, əsalar, suvenirlər, təsbehlər hazırlayır.

Ömrünün 34 ilini dövlət qulluğunda - müxtəlif vəzifələrdə çalışıb. Yaşlanandan sonra isə öz uşaqlıq hobbisinə qayıtmağa üstünlük verib. Ömrünün 63-cu ilini yaşayan sənətkar evində kiçik emalatxana açıb.

“Məktəbdə oxuyandan həvəsim olub bu sənətə. Əmək təlimi dərslərində əşyalar düzəldirdim. Tapşırıqları evdə hazırlayırdım. Sonra elə oldu ki, dövlət işlərində çalışdım. Amma indi yenə peşəmi davam etdirirəm”, - deyir AYNA-nın həmsöhbəti.

Abbasov bu peşəni öz hobbisi sayır: “İşimin yaxşı olmasından zövq alıram. Elə əsa olub ki, üzərində 74 saat işləmişəm. Yalnız satmaqda maraqlı olan usta bir işin üstündə bu qədər vaxt sərf etməz. Əziyyətimə baxmayaraq, yüzdən artıq əsanı pulsuz-parasız hədiyyə etmişəm”.

Sənətkar hazırladığı əl işlərinin üzərinə hikmətli kəlamlar həkk etməyi xoşlayır. Bu kəlamların hansısa məqamda əşya sahibinin işinə yarayacağına inanır.

Onun hazırladığı əşyalar yerli və xarici turistlər tərəfindən maraqla qarşılanır.

“Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” – “Elə işim olub ki, 74 saat üzərində işləmişəm” –
Müəllif: İlham Mustafa