Tiflisdə etirazlar: xüsusi təyinatlılar səfərbər olunub

Dünya

04.10.2025 - 20:34

Etirazçılar Prezident sarayının ərazisinə giriblər

Tiflisin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, təşkilatçılardan biri "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.

Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.

Hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. İlkin məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından olan namizədlər öndədirlər.  Müxalifət seçkilərdə saxtakarlıqlar olduğunu iddia edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş