Tibb işçilərinə 1,5 milyon manat əlavə ödənilib

Xəbərlər

05.01.2021 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

İşçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib

 

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.

 

Həmin işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş