Tərtərdə qadın qətlə yetirildi: əri şübhəli şəxs qismində tutulub

Hadisə

04.05.2023 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb

Tərtərdə qadın qətlə yetirilib. AYNA xəbər verir ki, bu barədə Tərtər Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, mayın 4-də saat 12 radələrində Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş