Təhsilin bakalavriat səviyyəsi ilə bağlı dəyişiklik edilib

Xəbərlər

17.04.2026 - 15:55

Baş nazir Əli Əsədov Qərar imzalayıb

Nazirlər Kabineti ali təhsil ixtisaslarının təsnifatı ilə bağlı qərara dəyişiklik edib. AYNA.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na yeni bənd əlavə olunub.

Dəyişikliyə əsasən, təsnifata 6.46-cı bənd daxil edilib və “Daşınmaz əmlakın idarə olunması” ixtisası əlavə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş