Təhlükəsizlik qüvvələri “Çiçəklənən Ermənistan” Partiyasının ofisinə daxil olub

Dünya

27.05.2026 - 20:31

Seçki rüşvətinin verilməsi və alınması ilə bağlı başlanan cinayət istintaqının bir hissəsi olaraq on nəfər həbs edilib

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Vanadzor şəhərində müxalif "Çiçəklənən Ermənistan" Partiyasının ofisinə daxil olublar. AYNA.AZ “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən seçki rüşvətinin verilməsi və alınması ilə bağlı başlanan cinayət istintaqının bir hissəsi olaraq on nəfər həbs edilib".

Komitə iş üzrə dörd təqsirləndirilən şəxsin ev dustaqlığına buraxıldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş