Kremldən liderlərin Qarabağla bağlı imzaladığı sənəd barədə <font color=red> AÇIQLAMA</font>

Aktual

10.11.2020 - 14:39

Dmitri Peskov: “Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır”

 

“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir. Bu, üçtərəfli bəyanatdır”. AYNA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov onu da bildirib ki, Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur: “Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”.

 

“Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu ayrı razılaşmaların mövzusudur. Həqiqətən, söhbət Azərbaycan ərazilərində atəşkəsə monitorinq mərkəzinin yaradılmasından gedirdi. Bu, Azərbaycandadır və bu birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”, - deyə Kremlin sözçüsü Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən vurğulayıb.

Müəllif: Ayna.az