Üçtərəfli bəyanat Cənubi Qafqaza nələr vəd edir?

Aktual

12.01.2021 - 14:53

Politoloq: “Moskva görüşündə imzalanan bəyanat bütün region üçün mühüm əhəmiyyətə malikdir”

 

“Dünən Moskvada keçirilən üçtərəfli görüşdə bütövlükdə Azərbaycanın səyləri, hərbi-diplomatik qələbəsinin siyasi təsirləri özünü açıq-aşkar göstərirdi”. Bu fikirləri AYNA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhəhtçisi, politoloq Tural İsmayılov bildirib.

 

O, qeyd edib ki, dünənki görüşdə imzalanan bəyanat bütün region üçün mühüm əhəmiyyətə malikdir: “4 saatlıq qapalı toplantıdan sonra tərəflər mətbuata qısa açıqlama verdilər. Ölkə başçımız görüşün səmərəliliyindən məmnunluğunu bir daha ifadə etdi. Azərbaycan bu görüşdə də üstün tərəf oldu. Buna görə də ölkə başçısı vurğuladı ki, Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir və narahatlıq üçün ciddi səbəblər yoxdur. Rusiya Prezidenti Vladimir Putin də vurğuladı ki, Qarabağla bağlı razılaşmanın şərtlərinə hörmət edildiyi, ciddi hadisələrin olmadığı qənaətinə gəldik. Paşinyan isə görüş sonunda çox miskin və narazı görünürdü və aylar əvvəl təxribatçı açıqlamalar verən Baş nazir məğlubiyyət eyforiyasından çıxa bilməyəcəyini bir daha nümayiş etdirdi.”

Tural İsmayılov: Avropa Parlamentini arqument göstərənlər qəsdən insanları  aldatmaq istədi | 1news | Xəbərlər

“Nəticədə: Azərbaycan və Rusiya regionda nəqliyyat, infrastruktur layihələrinin çevik və planlı həllinə bir daha sadiqliyini nümayiş etdirdi və verilən mesajar çox önəmli idi, Ermənistan bu görüşdə də məğlub obrazında qaldı, ölkədəki çaxnaşmaların daha da sərtləşəcəyinin siqnalları isə artıq müşahidə edilir, proses geopolitik sabitliyin bərqərar olunması baxımından yeni sazişlərlə bir digər pilləyə daxil oldu. Beləliklə, Moskva görüşü əhəmiyyətli və vacib qərarlarla yekunlaşdı” -deyə, İsmayılov bildirib.

 

Onun sözlərinə görə, görüşdə əldə edilən geopolitik əhəmiyyətə malik mühüm nəqliyyat razılaşmaları, yeni ərsəyə gətiriləcək nəqliyyat və daşınma qovşaqları bütün region ölkələri üçün strateji əhəmiyyətə malikdir: “ Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanatlda razılığa gəlindi. 4 maddəlik bəyanat özündə 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranmağını ehtiva edir. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq nəqliyyatın təmin olunması daxildir. Cənab Prezident bildirdi ki, imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o həmçinin təhlükəsizliyi də möhkəmləndirəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşu xalqların maraqlarına cavab verir. Ümumilikdə isə nəqliyyat xətləri qonşu ölkələrin hamısı - Türkiyə, İran və Gürcüstan üçün də mühüm iqtisadi əhəmiyyətə malikdir. Bundan sonra Ermənistanın hansısa səviyyədə təxribatlara cəhd etməyi təkcə Azərbaycan və Tükiyəyə qarşı deyil, həm də Rusiyaya qarşı da yönəlmiş hesab olunacaq”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə