Teatr Forumunun vaxtı dəyişilib

Mədəniyyət

09.04.2023 - 23:19

Teatr Forumunun tarixi 11-12 aprel tarixlərinə keçirilib

Teatr Forumunun vaxtı dəyişilib. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

"Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr Forumunun tarixi 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilib", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az