İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Mədəniyyət

25.12.2019 - 14:40

Tədbirdə Xalq yazıçısının yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirilib

 

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın Xalq yazıçısı, görkəmli publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib. AYNA xəbər verir ki, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin Şıxlı, Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib.

 

Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirilib, iştirakçılara yazıçı barədə ətraflı məlumatlar verilib.

Ayna.az