Xalq artisti vəfat edib

Mədəniyyət

06.02.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Rəfiqə Axundova 92 yaşında dünyasını dəyişib

Məşhur xoreoqraf, Azərbaycanın Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub.

Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1952-ci ildə Bakı Opera və Balet Teatrında işləməyə başlayıb. O həyat yoldaşı Maqsud Məmmədovla birlikdə “Xəzər balladası”, “Qobustanın kölgələri”, “Kaleydoskop”, “İldırımın cığırı” və s. baletləri tamaşaya qoyub.

1972-1973-cü illərdə Əlcəzairdə xoreoqraf və müəllim işləyib.

Rəfiqə Axundova bu gün İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq. Dəfn mərasimi saat 14:00-da olacaq

Müəllif: Ayna.az