Şuşa-Xankəndi yolu hərəkət üçün açıqdır

Aktual

16.12.2022 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün sülhməramlıların təminat avtomobilləri yoldan sərbəst keçib

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası beşinci gündür ki, davam edir. AYNA xəbər verir ki, bu gün Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid təminat avtomobilləri keçib.

Xatırladaq ki, dünən də Rusiya sülhməramlı kontingentinə məxsus 2 ədəd "KAMAZ" markalı yük maşını və 2 ədəd "UAZ Patriot" markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 ədəd "Tigr" markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.

Bundan daha əvvəl də sülhməarmlılara aid bir neçə təminat maşını da maneəsiz şəkildə Laçın yolundan keçmişdi.

Xatırladaq ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığını bildirirdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş