Şuşa şəhəri barədə qanun qəbul edilib

Xəbərlər

31.05.2021 - 12:04

Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanunu üçüncü oxunuşda qəbul olundu

 

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, qanun layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

 

Komitə sədri bildirib ki, qanun layihəsi 15 maddədən ibarətdir.

 

Layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

 

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 

Müəllif: Ayna.az