Sülhməramlıların avtomobillərinin Laçın yolundan keçidinə şərait yaradılıb

Xəbərlər

15.02.2023 - 17:47

2 minik, 14 yük maşını yoldan sərbəst keçib

Bu gün Rusiya sülhməramlılarına məxsus 2 minik və 14 təminat avtomobili Laçın yolundan keçib. AYNA xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş