“Hərbçilər qadağanın yüksək səviyyədə verildiyini dedilər”
Ötən gecə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları nəvəsinin xaç suyuna salınması mərasiminə qatılmaq üçün Xankəndiyə getmək istəyən Ermənistanın birinci xarici işlər naziri Raffi Ovannisyanı şəhərə buraxmayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ovannisyanın rəhbəri olduğu və “İrs” Partiyası bəyanat yayıb.
“Buraxılış məntəqəsindəki hərbçilər imtina üçün heç bir aydın səbəb və ya əsaslandırma göstərmədilər, lakin qadağanın yüksək səviyyədə verildiyini dedilər”, - partiyanın məlumatında vurğulanıb.
Xankəndidəki separatçı qurumun Ovannisyanın şəhərə buraxılması üçün bütün səyləri nəticəsiz qalıb. Ovannisyan İrəvana qayıtmalı olub.