Avtomobildə olan 4 qadın sərnişin isə yerindəcə ölüb
Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. AYNA erməni mediasına istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə, Rusiya sülhməramlısının 1992-ci il təvəllüdlü hərbçisinin idarə etdiyi “HAVAL H9” markalı avtomobil Xocalı rayonunda qanunsuz məskunlaşan 1996-cı il təvəllüdlü eməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı maşında toqquşub.
Nəticədə “VAZ-2107”nin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Avtomobildə olan 4 qadın sərnişin isə yerindəcə ölüb.