Su probleminə görə yolu bağlamaq istədilər: Saxlanılanlar var

Xəbərlər

18.09.2020 - 15:02

Ehsan Zahidov: “İzahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb”

 

Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib. AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd edib:

 

“Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan üç nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”.

Müəllif: Ayna.az