"Space” TV HD formatında yayımlanacaq

Xəbərlər

11.01.2021 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

MTRŞ bu barədə qərar qəbul edib

 

11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib. Şuradan AYNA-ya verilən xəbərə görə, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Milli Televiziya və Radio Şurası “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş