Son sutkada COVID-19 əleyhinə neçə nəfər peyvəndlənib?

Xəbərlər

28.06.2022 - 19:48

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 762 115, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 538, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 218, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 306 446, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 248 913 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə