Şolts: “Putinlə söhbət etmək qərarım düzgün idi”

Dünya

19.11.2024 - 07:29

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya liderinin mövqeyində heç nə dəyişməyib və bu, qəbuledilməzdir"

Almaniya kansleri Olaf Şolts hesab edir ki, bir çox avropalı həmkarlarının tənqidinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti etmək qərarı düzgün olub.

AYNA xəbər verir ki, Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransı zamanı kansler vurğulayıb ki, onun “nöqteyi-nəzərindən danışıqlar aparmaq düzgündür”.

Eyni zamanda, Şolts bildirib ki, Rusiya liderinin mövqeyində "heç nə dəyişməyib" və bu, onun sözlərinə görə, "qəbuledilməzdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş