Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib
Soçidə bazarda satılan alkoqoldan zəhərlənmə nəticəsində 10 nəfər ölüb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin Mətbuat Xidməti məlumat yayıb.
"İstintaq Komitəsinin müstəntiqi bildirib ki, ilkin məlumata görə, alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb", - məlumatda bildirilib.
Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.