Robert Fiko Rusiyada Volodimir Zelenskinin mesajını çatdıracaq
Slovakiyanın Baş naziri Robert Fiko 9 mayda Moskvaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin mesajını çatdıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Rastislav Çovanes deyib.
"O həmçinin Rusiya Prezidenti Vladimir Putindən müharibənin sona çatması səyləri ilə bağlı fikirləri barədə dəyərli məlumatlar ala bilər", - deyə qeyd edib.
Daha əvvəl Slovakiyanın müdafiə naziri Robert Kalinak Fikonun Qələbə Günü paradına Moskvaya səfərinin “hörmət əlaməti” olduğunu bildirmişdi. O həmçinin Fikonun İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsini yad etmək üçün Daxau, Normandiya və Vaşinqtona səfər etmək niyyətində olduğunu bildirib.