Mayın 5-dən uçot məlumatları “Microsoft Teams” proqramına köçürüləcək
Mayın 5-də “Skype” platformasının fəaliyyəti dayandırılacaq. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.
Bildirilib ki, proqramdan mayın 5-dək istifadə etmək mümkündür. Bundan sonra istifadəçilərin uçot məlumatları “Microsoft Teams” proqramına köçürüləcək.
Qeyd edək ki, 2003-cü ildə yaradılmış “Skype” platformasını “Microsoft” şirkəti 2011-ci ildə almışdı.