Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə

01.07.2023 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Vüsal Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalarla həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov olduğu müəyyən edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq edib və həmin ərazidən uzaqlaşıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, V.Fərəcov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş