Şirvanda qəza: ölən və xəsarət alanlar var

Hadisə

30.10.2025 - 23:34

Hadisə zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Şirvanda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhər Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı KIA və VAZ markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Miri Abbasov ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş