Sınaq imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

Xəbərlər

13.02.2023 - 17:46

Test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

Fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, 2023-cü il fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş