Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi Kim Çen Inın ideyası olub

Dünya

24.12.2024 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti Vladimir Putin də bu ideyanı tez dəstəkləyib

Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilməsi Rusiya hakimiyyətinin deyil, Şimali Koreya lideri Kim Çen Inın təşəbbüsü olub. AYNA xəbər verir ki, bu barədə “The New York Times” ABŞ administrasiyasındakı və kəşfiyyatdakı mənbələrə istinadən yazıb.

“ABŞ-ın kəşfiyyat agentlikləri belə qənaətə gəliblər ki, qoşunların yerləşdirilməsi Rusiyanın deyil, Şimali Koreyanın ideyası olub. Prezident Vladimir Putin də bu ideyanı tez dəstəkləyib”, – nəşr ABŞ rəsmilərinə istinadən yazıb.

Moskva və Pxenyan Ukrayna və Qərb ölkələrinin Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi və bu yaxınlarda bildirildiyi kimi, artıq Kurskda Ukrayna qoşunlarına qarşı döyüşlərdə iştirak etməsi ilə bağlı çoxsaylı iddiaları rəsmi olaraq təsdiqləməyib, lakin birbaşa təkzib də etməyib.

Bir neçə min Şimali Koreyadan olan hərbçinin Rusiyaya getməsi faktı Putinin Pxenyana səfəri zamanı Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından bir neçə ay sonra, oktyabr ayında Cənubi Koreya, Ukrayna və Qərb kəşfiyyatına istinadən mediada yayılıb. Saziş üçüncü ölkə tərəfindən təcavüz halında tərəflərin bir-birinə hərbi yardım daxil edilməsini nəzərdə tutur. Eyni zamanda, müqavilənin imzalanmasından sonra Putin Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə iştirakının nəzərdə tutulmadığını iddia edib. Müqavilə ratifikasiya üçün təqdim edilib və qoşunların göndərilməsi xəbəri çıxandan qısa müddət sonra təsdiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş