Sibirdə son 100 ilin rekord istisi qeydə alınıb

Maraqlı

21.06.2020 - 21:48

Həkimlər Klinikalar SEO Xidməti

Arktikanın istiləşmə tempi sürətlənir

 

Sibirdə temperatur rekordu Arktikanın istiləşmə tempinin sürətləndiyini göstərir. AYNA xəbər verir ki, bu barədə “Daily Mail”in məqaləsində deyilir.

 

Xatırladaq ki, Yakutskda dünən 38 dərəcə istilik qeydə alınıb. Bu, Arktikada meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir. Sonuncu belə rekord 1915-ci ildə Alyaskada qeydə alınıb - 38 dərəcə.

 

Bundan başqa, 23 mayda Krasnoyarskın Xatanqa kəndində 25 dərəcə isti qeydə alınıb ki, bu da əvvəlki rekorddan 11 dərəcə yüksəkdir. Bu həftə Yakutskda 36 dərəcə isti olacağı gözlənilir.

Müəllif: Ayna.az