“WhatsApp” bu smartfonlarda işləməyəcək

Maraqlı

09.03.2021 - 16:34

Messencer köhnəlmiş “iPhone” modellərini dəstəkləməyi dayandıracaq

 

“WhatsApp” messenceri köhnəlmiş “iPhone” modellərini dəstəkləməyi dayandıracaq. AYNA xarici mediaya istinadən bildirir ki, messencerin “iOS” əməliyyat sistemi üçün son beta-versiyasında “iOS 9” və daha aşağı versiyaların idarəetməsi altında işləyən qurğuların dəstəyi dayandırılıb.

 

Hazırda sözügedən messencerin “iPhone” üçün dəstəklədiyi əməliyyat sistemlərinin rəsmi siyahısında “iOS 9” və ya daha yeni versiyalar qeyd edilib.

Müəllif: Ayna.az