Hizbullah lideri başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib
Hizbullah lideri Şeyx Həsən Nəsrullahın meyiti bu gün dağıntılar altından çıxarılıb. AYNA xəbər verir ki, bu barədə “Al Nahar” qəzeti məlumat yayıb.
Bildirilib ki, Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib. Bunu Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində aparılan tibbi ekspertizanın nəticəsi göstərir.
Qeyd edilib ki, Hizbullah lideri bombalanmanın yol açdığı güclü partlayışlar zamanı başından və bədənindən aldığı küt travma nəticəsində ölüb.