Şəhər rəhbəri: "Vəziyyət çox ağır olsa da, şəhər Ukrayna ordusunun nəzarətindədir"
Vəziyyətin çox ağır olmasına baxmayaraq Luqansk vilayətinin Severodonetsk Ukrayna ordusunun nəzarətindədir. AYNA-nın xəbərinə görə, bunu şəhər administrasiyasının rəhbəri Sergey Qayday "Twitter" hesabında yazıb.
Qayday bildirib ki, şəhər ətrafında döyüşlər gedir, şəhərin mərkəzi bütün növ silahlardan atəşə tutulur: “Müharibənin üçüncü ayı. Severodonetsk Ukrayna ordusunun nəzarətindədir. Vəziyyət çox ağırdır. Rusiya ordusu atəşi intensivləşdirib”.