Sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb
Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb.
Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
Qeyd edib ki, ilkin araşdırmalarla Tural Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.